30 TRİLYON DOLLAR Bakıya niyə gəldi?
Tarix: 26-09-2026 | Saat: 14:25
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qlobal investorların diqqətini bir daha Azərbaycanın investisiya imkanlarına yönəldib. Forumda dünyanın aparıcı investisiya şirkətləri, suveren fondlar və beynəlxalq maliyyə institutlarının rəhbərlərinin iştirakı xüsusilə diqqət çəkir.
İdarə etdikləri aktivlərin ümumi həcmi təxminən 30 trilyon ABŞ dollarına çatan investorların Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq kapital bazarındakı mövqeyi və ölkəyə yeni investisiyaların cəlb olunması baxımından mühüm hadisədir.
Bəs bu miqyasda investorların Azərbaycana marağı ölkə iqtisadiyyatına hansı yeni imkanlar yarada bilər?
Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından belə beynəlxalq forumların hansı əhəmiyyəti var?
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov Musavat.com-a danışıb. Azər Badamov qeyd edib ki, Azərbaycan Beynəlxalq İnvestisiya Forumu xarici investorlar üçün ölkəmizin investisiya mühitini və potensialını təqdim etmək baxımından böyük əhəmiyyət daşıyır:
"Heç bir ölkənin davamlı iqtisadi inkişafını investisiyalarsız təsəvvür etmək mümkün deyil. Xarici investorların Azərbaycana səfər edərək forumda iştirak etməsi, yeni əməkdaşlıq imkanlarını müzakirə etməsi və investisiya sənədləri imzalaması ölkənin iqtisadi potensialına olan marağın göstəricilərindən biridir.
Bu baxımdan, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon dollara çatan investorların iştirakı Azərbaycanın beynəlxalq investisiya məkanında artan maraq doğurduğunu göstərir. Azərbaycan uzun illərdir xarici investisiyalar üçün açıq ölkə kimi çıxış edir və etibarlı investisiya mühiti formalaşdırmağa çalışır.
Bununla bağlı Azərbaycanın müasir iqtisadi tarixində mühüm nümunələrdən biri 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”dir. Həmin müqavilənin imzalanmasında 7 ölkədən 11 aparıcı şirkət iştirak edib".
Azər Badamov vurğulayıb ki, sonrakı illərdə Azərbaycan bu müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qaldı və ölkəyə sərmayə yatıran şirkətlər üçün uzunmüddətli əməkdaşlıq mühiti formalaşıb:
"Bu təcrübə Azərbaycanın xarici investorlarla əməkdaşlıq baxımından mühüm baza yaratdığını göstərir. Bu gün də Azərbaycan iqtisadiyyatına investisiya yatıran şirkətlər üçün yeni imkanlar yaranır. Bunun əsas səbəblərindən biri ölkənin yeni iqtisadi modelə keçid prosesidir. Əgər uzun illər Azərbaycan iqtisadiyyatının əsas aparıcı qüvvəsi neft-qaz sektoru olubsa, hazırda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı əsas prioritetlərdən biridir.
Bu istiqamətdə yaşıl enerji, süni intellekt və rəqəmsal texnologiyalar, aqrobiznes, sənaye, turizm, dağ-mədən və metallurgiya , nəqliyyat-logistika, tikinti, idman və digər sahələr investorların maraq göstərdiyi istiqamətlər sırasındadır.
Belə forumlar Azərbaycanın iqtisadi və investisiya potensialının xarici sərmayədarlara təqdim edilməsi baxımından mühüm platformadır. Artıq 12 böyük investisiya sənədinin imzalanması ilə bağlı məlumat verilib. Ötən forumda ümumi dəyəri 10 milyard dollar olan sənədlərin imzalanması da investorların Azərbaycana marağının mühüm göstəricilərindən biri idi. Hazırkı forum çərçivəsində də yeni sənədlərin imzalanması və əvvəl imzalanmış sazişlərin praktiki icrası ilə bağlı məsələlərin müzakirə olunması gözlənilir.
Bu gün Azərbaycanda yaradılmış sənaye və aqroparklar, Ələt Azad İqtisadi Zonası, eləcə də Orta Dəhlizin yaratdığı yeni imkanlar ölkəyə sərmayə qoyuluşları üçün əlavə perspektivlər formalaşdırır. Xüsusilə Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və regional bağlantı layihələri qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üçün mühüm üstünlüklər yaradır".
Azər Badamov vurğulayıb ki, Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yalnız investisiya sənədlərinin imzalandığı tədbir deyil, həm də ölkənin yeni iqtisadi modelinin, mövcud imkanlarının və gələcək inkişaf istiqamətlərinin beynəlxalq investorlar qarşısında təqdim edildiyi mühüm platformadır:
"Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici kapitalın bu prosesə cəlb edilməsi ölkənin qarşıdakı dövrdə yeni inkişaf mərhələsinə keçməsinə imkan yarada bilər".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-09-2026