Zelenskidən müharibə illəri ilə bağlı etiraf: “Çoxlu səhvlər etmişəm”
Tarix: 25-09-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə dövründə çoxsaylı səhvlərə yol verdiyini etiraf edib. O, bunu hər gün qəbul edilməli olan yüzlərlə mürəkkəb və həssas qərarla əlaqələndirib.
Zelenski “The Wall Street Journal”a müsahibəsində uzunmüddətli müharibənin yaratdığı stressin öhdəsindən gəlib-gəlmədiyi barədə suala “Bilmirəm. Bunun öhdəsindən həqiqətən gəldiyimə əmin deyiləm” cavabını verib.
Ukrayna lideri müharibə illərində yanlış qərarlarının olduğunu gizlətməyib, lakin konkret hansı addımları səhv hesab etdiyini açıqlamayıb. “Əlbəttə, səhvlər edirəm. Müharibə zamanı çoxlu səhvlərə yol verirsən. Hər gün yüzlərlə razılaşma əldə etməli olursan”, – Zelenski bildirib.
Onun sözlərinə görə, dövlət başçısı kimi bəzi qərarları şəxsi istəyindən asılı olmayaraq qəbul etməyə məcbur qalır: “Bəzən bilirsən ki, bunu heç etmək istəmirsən, amma məcbursan”.
Zelenski prezidentlik və müharibə başa çatdıqdan sonra da Ukraynada yaşamaq, ölkəsinin küçələrində rahat gəzmək istədiyini söyləyib. O, fəaliyyətini gələcəkdə insanların qarşısına rahat çıxa biləcəyi şəkildə qurmağa çalışdığını vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-09-2026