Avropaya dənizdən dron hücumu ssenarisi: Rusiya ilə bağlı kəşfiyyat iddiası
Tarix: 25-09-2026 | Saat: 19:43
Bölmə:Özəl | çapa göndər

ABŞ kəşfiyyat xidmətlərinin Avropa ölkələrini Rusiyanın mümkün dron hücumları ilə bağlı xəbərdar etdiyi iddia olunur. Məlumata görə, potensial hədəflər sırasında İspaniya, Fransa və İtaliya göstərilir.
Yayılan ssenariyə əsasən, mümkün əməliyyat zamanı “Gerbera” tipli pilotsuz uçuş aparatlarından istifadə edilə bilər. Dronların Aralıq dənizində hərəkət edən ticarət gəmilərindəki konteynerlərdə gizlədilməsi və oradan havaya buraxılması ehtimalı irəli sürülür.
“El Mundo”nun Litva Müdafiə Nazirliyindəki mənbəyə istinadən yaydığı məlumatda mümkün hədəflər arasında limanlar, enerji və kommunikasiya infrastrukturu obyektlərinin olduğu bildirilir. “Gerbera” PUA-larının 600 kilometrədək uçuş məsafəsinə malik ola biləcəyi qeyd olunur.
İddialara görə, NATO ölkələrinə mümkün eskalasiya barədə xəbərdarlıq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin avqustun 25-də Moskvaya səfərindən sonra gündəmə gəlib.
Lakin mümkün hücum planının mövcudluğu rəsmi şəkildə təsdiqlənməyib. MKİ məlumatı açıq şərh etməyib, İtaliyanın müdafiə naziri Guido Krosetto isə yayılan xəbərdarlığın hazırda təsdiqini tapmadığını bildirib. Buna görə söhbət Rusiyanın Avropaya hücum qərarından deyil, mediada yayılan və təsdiqlənməmiş mümkün ssenaridən gedir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-09-2026