Mobil versiya
YAP Tovuz rayon təşkilatı "Vətən sağ olsun” mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 24-09-2026 | Saat: 10:01
Bölmə:Özəl | çapa göndər

YAP Tovuz rayon təşkilatı "Vətən sağ olsun” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının, Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə Təhsil sektorunun və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Vətən sağ olsun” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz rayonu üzrə Təhsil sektorunun müdiri Aysel Quliyeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi, Tovuz rayon üzrə nümayəndə Adil Həsənov, eləcə də təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən İlqar Kərimov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm mərhələ olduğunu qeyd edib. Bildirib ki, 44 gün davam edən müharibə xalqımızın həmrəyliyi, dövlətimizin qətiyyətli siyasəti və hərbçilərimizin misilsiz şücaəti ilə yadda qalıb. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan hərbi vəzifələr uğurla yerinə yetirilib, uzun illər işğal altında qalan torpaqlarımız azad olunub.

İlqar Kərimov, həmçinin ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibədən zərər çəkmiş şəxslərə hər zaman göstərdiyi diqqət və qayğını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra Elşad Orucov adına Bayramlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Tural Zeynalov və partiya fəalı Dürrə Teymurova çıxış ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıdığı, bu günün Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğu vurğulanıb. Bildirilib ki, “Vətən sağ olsun” deyərək ən müqəddəs amal uğrunda həyatını fəda edən qəhrəmanlarımızın keçdiyi şərəfli yol daim ehtiramla xatırlanacaq. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət və cəmiyyət üçün mühüm məsuliyyət olduğu qeyd edilib. Eyni zamanda, şəhidlərimizin həyat və döyüş yolunun gənc nəslə çatdırılmasının, onların Vətənə sevgi və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026