Metronun bu stansiyalarına giriş PULSUZ OLACAQ
Tarix: 22-09-2026 | Saat: 19:43
Bölmə:İqtisadiyyat | çapa göndər

“Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sentyabrın 23-dən “Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.
aia.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bu addım sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə atılıb.
Beləliklə, Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətində yerləşən yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlər “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadə edə biləcəklər.
Qeyd olunan istiqamətlərdən gələn sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.
Bundan əlavə, nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılan monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.
Görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat və alternativ hərəkət imkanlarının yaradılmasına, sərnişinlərin vaxt və maliyyə itkisinin azaldılmasına xidmət edəcək.
Xətlərin ayrılması layihəsinin icrası müddətində bu tədbirlər sərnişin axınlarının daha səmərəli bölüşdürülməsinə, şəhərin giriş istiqamətlərində ictimai nəqliyyatın hərəkətinin optimallaşdırılmasına və alternativ marşrutların genişləndirilməsinə imkan verəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-09-2026

_1772544040.jpeg)