Mobil versiya
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Tarix: 22-09-2026 | Saat: 11:49
Bölmə:Manşet / Ölkə | çapa göndər

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirib.

aia.az xəbər verir ki, qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan, əvvəllər qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə məhkum edilmiş M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla M.Mirzəyev zərərsizləşdirilib.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-09-2026