Cəbrayıl şəhərində “Təhlükəsiz oyun meydançası- futbol festivalı” həyata keçirilib -Fotolar
Tarix: 22-09-2026 | Saat: 11:29
Bölmə:Ölkə | çapa göndər

“İnci” Məcburi Köçkün Qadınlar İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi çərçivəsində icra etdiyi “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” layihəsinin İcra Planına uyğun olaraq, uşaq və yeniyetmələr arasında Cəbrayıl şəhərində “Təhlükəsiz oyun meydançası- futbol festivalı” həyata keçirilib.
Newscenter.az-ın xəbərinə görə, festivalın əsas məqsədi futbol oyunları vasitəsilə uşaqlar arasında idmanla maarifləndirmənin təşkili və işğaldan azad edilmiş ərazilərdə salınmış yaşayış məntəqələrində yaradılmış oyun meydançasından istifadənin təşviqi həyata keçirilməsi olub. Festival vasitəsilə uşaqlar işğaldan azad edilmiş ərazilərin yaxınlığında yerləşən mina və partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilərdə uşaq və yeniyetmələrin oynamasının və icazəsiz səfər etməsinin təhlükələrini bir daha anlayıb.
Layihə ekspertinin də iştirak etdiyi tədbirdə idman vasitəsilə maarifləndirmə yolu ilə uşaqlar arasında sosial əməkdaşlıq əlaqələrinin qurulması, yeni dostlar qazanması, komanda işi bacarıqlarının formalaşması və qeyri-formal üsullarla təhlükəsiz davranış qaydaları ilə bağlı maarifləndirmə işlərinin aparılması həyata keçirilib. Festivalda 4 komandadan ibarət mini futbol yarışları çıxarma sistemi mərhələsi üzrə keçirilib. Festivalın 1-ci günü püşkatma ilə yarışlara cəlb olunmuş 4 komanda - Cəbrayıl şəhərini təmsil edən “Xarı Bülbül, “Zəfər”, “Xudafərin” və Horovlu kəndini təmsil edən “Horovlu” komandaları qarşı-qarşıya gəlib və gərgin mübarizədən sonra final oyununa vəsiqə qazanan “Xarı Bülbül” və “Zəfər” komandaları müəyyən olunub.
Festivalın 2-ci günü isə finala vəsiqə qazanan“Xarı Bülbül” və Zəfər komandaları qarşı qarşıya gəlmiş və “Xarı Bülbül” komandası 6:3 hesabı ilə inamlı qələbə qazanaraq, turnirin qalibi- Çempion olub. Ümumilikdə keçirilən mini-futbol yarışlarında 4 komanda üzrə 32 uşaq və yeniyetmə iştirak etmişdir. İştirakçılar yarışlara əvvəlcədən hazırlanmış və mina təhlükəsinə dair çağırışlar yazılmış vərəqələr və idman köynəkləri ilə qatılib. 1-ci yeri tutan 8 nəfərlik qalib mini- futbol komandasına qiymətli hədiyyələr və kubok, digər 3 komandada təmsil olunan 24 nəfərə isə hədiyyələr, futbol topları təqdim olunmuş və yarışların bağlanış tədbiri keçirilib. Festival zamanı çay-kofe fasiləsi, foto və vedioçəkiliş həyata keçirilib.
Festival işğaldan azad edilmiş Cəbrayıl şəhərində keçirilmiş və yarışlara Cəbrayıl şəhəri ilə bərabər doğma yurdlarına qayıtmış yaxın kəndlərdən komanda və izləyicilərdə qatılıb. Tədbirlərin keçirilməsi ilə bağlı əvvəlcədən müvafiq yerlərdə elanlar yerləşdirilmiş və sakinlərdə yarışları izləyibdir. Bu da işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış daha çox sakinin, uşaq və yeniyetmənin dolayısı ilə idman vasitəsilə maariflənməsinə səbəb olub.
Bununla da “Azad edilmiş ərazilərdə uşaqların mina təhlükəsi barədə maarifləndirilməsi” layihəsi uğurla başa çatıb.
Süleyman
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər