Mobil versiya
Bakıda liftdə yeniyetmə qıza təcavüz edildi
Tarix: 11-04-2017 | Saat: 09:41
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıda liftdə yeniyetmə qıza təcavüz edildi



Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən 30 yaşlı kişini axtarırlar.

AİA.Az xəbər verir ki, Bakı Şəhər Baş polis İdarəsindən "Sputnik Azərbaycan"a verilən məlumatda bildirilir ki, seksual xarakterli cinayətin qurbanı 12 yaşlı qız olub.

Naxçıvan küçəsində yaşayan qız aprelin 9-da saat 19:00 radələrində öz binalarında liftə girib. Onunla birlikdə liftə daxil olan naməlum şəxs qızı soyundurmağa çalışıb və eyni vaxtda ona qarşı seksual xarakterli hərəkətlər edib. Yeniyetmə cinayətkarın əlindən çıxıb qaça bilib.

Polisə şikayət ərizəsi ilə qızın anası müraciət edib. Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024