Əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilmişdir -Fotolar
Tarix: 22-09-2026 | Saat: 09:46
Bölmə:Ölkə | çapa göndər

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yerləşən “Salahlı” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilmişdir. Hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət sərhədinin mühafizəsinə göstərilən ali diqqət və qayğının növbəti təzahürü olduğu xüsusi vurğulanmışdır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov şəxsi heyətə çatdırmışdır.
Açılış mərasimindən sonra sərhəd zastavasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və mənzillərə baxış keçirilmişdir.
Tədbirin sonunda şəxsi heyətlə birlikdə nahar edilmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-09-2026
09:28 Dollar neçəyə satılır?
21-09-2026