Belə əsgərlik eləməyə nə var ki...
Tarix: 19-09-2026 | Saat: 15:50
Bölmə:Özəl | çapa göndər

Bu gün saytların birində Gürcüstanda hərbi xidmətə çağırışla bağlı bir yazı ilə rastlaşdım. Oxuduqca bir anlıq düşündüm ki, Belə əsgərlik eləməyə nə var ki?
Gürcüstanda əsgərlik belədir, səhər xidmətə gedirsən, həftənin beş günü hərbi hazırlıq keçirirsən, şənbə-bazar evinə qayıdırsan. Telefonun, internetin əlindədir. Üstəlik, xidmət müddətindən asılı olaraq maaş alırsan, iş yerin saxlanılır, müəyyən məzuniyyətin olur. Könüllü gedirsənsə, qazancın daha da artır.
Bir sözlə, bizim təsəvvür etdiyimiz əsgərlikdən çox fərqli mənzərədir.
Hərbi xidmət deyəndə çoxumuzun gözünün qarşısına eyni mənzərə gəlir, çağırış, hərbi hissə, uzun müddət evdən uzaqlıq və müəyyən edilmiş qaydalar və s.
Gürcüstanda çağırış yaşı 18–27 yaş aralığında müəyyənləşdirilib. Maraqlı məqamlardan biri isə xidmətin təxirə salınması ilə bağlı yanaşmadır. Vətəndaş müəyyən hallarda sadə yazılı müraciətlə xidmətini növbəti ilə "otsrocka" götürə bilir və bununla bağlı öhdəlik götürür.
Daha maraqlısı isə xidmətin eyni formada olmamasıdır. Üç fərqli istiqamət nəzərdə tutulur: döyüş hazırlığı bölmələrində 6 ay, müxtəlif nazirlik və qurumlarda 8 ay, mütəxəssis və kiçik rütbəli komandir istiqamətində isə 12 ay xidmət.
Yəni çağırışının qarşısında müəyyən seçim imkanları yaranır.
Maddi təminat da xidmət müddətinə və istiqamətinə uyğun dəyişir. Könüllü şəkildə xidmətə gedənlər üçün isə əlavə ödəniş nəzərdə tutulur.
Bununla yanaşı, daha bir diqqətçəkən məqam əsgərin həyatını mümkün qədər normal həyat ritmindən tamamilə ayırmamaq.
Əsgərlər, qaydalara uyğun olaraq, yaşayış yerlərinə 50 km məsafədə xidmət edə bilir, həftə ərzində xidmətlərini yerinə yetirdikdən sonra həftəsonu evlərinə gedə bilirlər. Xidmətdən kənar vaxtlarda telefon və internetdən istifadə imkanları saxlanılır. Hərbi hissədə qalanlar üçün də istirahət və idman imkanları nəzərdə tutulur.
Əsgərin iş yeri isə onun xidməti müddətində qorunur. Beləliklə, gənc hərbi xidmətə gedərkən işini və gələcək karyerasını tamamilə itirmək qorxusu yaşamır.
Yaşayış şəraitində də fərqli yanaşma tətbiq olunur ki, bu da bir neçə nəfərlik hostel tipli otaqlar, kənar şirkətlər tərəfindən təmin edilən yeməklər və daha müasir məişət şəraiti.
Azərbaycanın hərbi imkanları və təhlükəsizlik reallıqları əlbəttə ki, Gürcüstanla eyni deyil. Ona görə də başqa ölkənin modelini olduğu kimi köçürmək düzgün yanaşma olmaz.
Arzuman Loğmanoğlu
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-09-2026
12:48 Bazar gününün havası