43 yaşında Asiyanın sərvət zirvəsinə yüksəldi: “TikTok” ona 105 milyard dollarlıq imperiya qazandırdı
Tarix: 18-09-2026 | Saat: 23:01
Bölmə:Özəl | çapa göndər

“TikTok”un sahibi “ByteDance”ın qurucusu Çjan İminin sərvətinin 105 milyard dolları keçdiyi və onun Asiyanın ən varlı şəxsi mövqeyinə yüksəldiyi bildirilir. 43 yaşlı çinli sahibkar bu göstərici ilə hindistanlı milyarder Qautam Adanini geridə qoyub.
Çjan İminin sərvətində son illərdə böyük artım qeydə alınıb. 2019-cu ilin martından bəri onun varidatı səkkiz dəfədən çox yüksəlib. Təkcə son bir ayda sərvətinə 12 milyard dollardan artıq əlavə olunduğu göstərilir.
Bu yüksəlişdə “ByteDance”ın dəyərinin artması və şirkətin süni intellekt sahəsində sürətlə genişlənməsi əsas amillərdən hesab olunur. “TikTok”un uğurunun təməlində dayanan tövsiyə alqoritmləri də şirkətin qlobal texnologiya nəhənginə çevrilməsində mühüm rol oynayıb.
Çjan İmin 2012-ci ildə Pekində “ByteDance”ı yaradıb. Şirkət əvvəlcə fərdiləşdirilmiş xəbər platforması “Toutiao” ilə böyüyüb, daha sonra qısa video bazarına daxil olub. Çin üçün “Douyin”, beynəlxalq bazar üçün isə “TikTok” istifadəyə verilib. “Musical.ly”nin alınaraq “TikTok”la birləşdirilməsi platformanın qlobal yüksəlişini daha da sürətləndirib.
Çjan İmin 2021-ci ildə “ByteDance”ın baş direktoru vəzifəsindən ayrılsa da, şirkətdəki payı onun nəhəng sərvətinin əsas mənbəyi olaraq qalır. Bir vaxtlar proqram mühəndisi kimi karyeraya başlayan sahibkar indi 100 milyard dollarlıq sərvət həddini keçərək Asiyanın ən zəngin şəxslərindən birinə çevrilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026