Mobil versiya
Dubaydan qızıl gətirən şəxs Bakıda tutuldu
Tarix: 08-04-2017 | Saat: 15:28
Bölmə:Cəmiyyət | çapa göndər

Dubaydan qızıl gətirən şəxs Bakıda tutuldu



Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükü rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın bel çantasına təkrar yoxlama keçirilib.

Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd sırğa, üzük, kolye və qolbaq dəsti aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 73,95 qram olan 916 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır. Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024