Mobil versiya
Kanada Ukraynanın 90 milyard avroluq kredit paketinə qoşulur: Ottawa Avropa ilə danışıqlara başladı
Tarix: 14-09-2026 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

Kanada Ukraynanın 90 milyard avroluq kredit paketinə qoşulur: Ottawa Avropa ilə danışıqlara başladı




Kanada Ukraynaya maliyyə dəstəyini genişləndirmək üçün Avropa İttifaqı ilə yeni danışıqlara başlayıb. Müzakirələrin əsas mövzusu Ottavanın Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit paketində iştirak etməsidir.

Məlumata görə, Kanada ilə Aİ oktyabrın sonunda Monrealda keçirilməsi planlaşdırılan Aİ-Kanada sammitinədək Ottavanın maliyyə töhfəsinin həcmini razılaşdırmağa çalışır. Razılaşma əldə edilərsə, Kanada Ukraynanın maliyyələşdirilməsində Avropa ilə əməkdaşlığını daha da genişləndirmiş olacaq.

Kanadanın Baş naziri Mark Karninin bu addımı Ottavanın Avropa ilə siyasi və iqtisadi münasibətləri gücləndirmək strategiyası ilə də əlaqələndirilir. ABŞ-la münasibətlərdə yaşanan çətinliklər fonunda Kanada Vaşinqtondan asılılığı azaltmağa və Avropa ölkələri ilə tərəfdaşlığını dərinləşdirməyə çalışır.

Karninin bu həftə Strasburqda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə görüşü zamanı Ukraynaya dəstəyin də müzakirə olunacağı gözlənilir. Hazırda sözügedən kredit mexanizmində iştirak edən Aİ-yə üzv olmayan ölkə kimi Böyük Britaniya göstərilir.

Hələlik Kanadanın 90 milyard avroluq kredit paketinə nə qədər vəsait ayıracağı müəyyənləşməyib. Tərəflər məhz töhfənin həcmi və iştirak şərtləri üzərində danışıqlar aparırlar. Razılaşma əldə olunarsa, Ottawa Ukraynanın uzunmüddətli maliyyələşdirilməsində Avropanın əsas tərəfdaşlarından birinə çevrilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-09-2026