Mobil versiya
Kəmaləddin Heydərovdan general-mayorla bağlı QƏRAR
Tarix: 11-09-2026 | Saat: 13:41
Bölmə:Manşet / Gündəm | çapa göndər

Kəmaləddin Heydərovdan general-mayorla bağlı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş idarə yaradılıb.

aia.az xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan idarənin adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək, Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, 2020-ci ilin 15 dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Adıgözəlova general-mayor rütbəsi verilib. O, bir sıra rayonlarda prokuror vəzifəsində işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2026