Ana Sayfa > Manşet / Gündəm > Kəmaləddin Heydərovdan general-mayorla bağlı
Kəmaləddin Heydərovdan general-mayorla bağlıBu gün, 13:41. Yazar: Subhan |
![]() Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş idarə yaradılıb. aia.az xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan idarənin adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarının rəis müavini general-mayor Elçin Şirxan oğlu Adıgözəlov vəzifəsindən azad edilərək, Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsinin rəisi təyin olunub. Qeyd edək ki, 2020-ci ilin 15 dekabrında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Adıgözəlova general-mayor rütbəsi verilib. O, bir sıra rayonlarda prokuror vəzifəsində işləmiş mərhum Şirxan Adıgözəlovun oğludur. aia.az Geri dön |