Türkiyə Liviyanın rəqib tərəflərini eyni masaya gətirdi: Ankarada mühüm razılaşma
Tarix: 11-09-2026 | Saat: 18:14
Bölmə:Özəl | çapa göndər

Türkiyənin vasitəçiliyi ilə Liviyada uzun müddətdir davam edən siyasi böhranın həlli istiqamətində yeni addım atılıb. Liviya Nümayəndələr Palatasının sədri Aqila Saleh və Ali Dövlət Şurasının rəhbəri Məhəmməd Təkala Ankarada keçirilən görüşdən sonra seçki qanunlarının hazırlanması üçün yaradılmış “6+6” birgə komitəsinin fəaliyyətinin gücləndirilməsi barədə ilkin razılığa gəliblər.
Tərəflərin birgə bəyanatında alternativ “4+4” formatının qəbul edilmədiyi və siyasi prosesin yenidən “6+6” komitəsi üzərindən davam etdirilməsinin vacibliyi bildirilib. Məqsəd prezident və parlament seçkilərinin keçirilməsi üçün hüquqi bazanın tamamlanması və illərdir parçalanmış vəziyyətdə olan ölkədə siyasi keçidin təmin edilməsidir.
Ankaranın prosesdəki rolu xüsusilə diqqət çəkir. Liviya tərəfləri Türkiyənin vasitəçilik səylərini alqışlayıb və “6+6” komitəsinin yaxın günlərdə keçiriləcək görüşlərinə Türkiyənin ev sahibliyi etmək təşəbbüsünü dəstəkləyiblər. Görüşdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının da iştirak etdiyi bildirilir.
Razılaşmanın digər mühüm istiqaməti Liviyada vahid icra hakimiyyətinin yaradılması, dövlət institutlarının birləşdirilməsi və ölkədəki siyasi parçalanmaya son qoyulmasıdır. Bu məsələlərin həlli uzun müddətdir təxirə salınan ümummilli seçkilərin keçirilməsi üçün əsas şərtlərdən hesab olunur.
“6+6” komitəsi hələ 2023-cü ildə parlament və Ali Dövlət Şurasının hərəsindən altı nümayəndənin iştirakı ilə yaradılmışdı. Tərəflər həmin il seçki qanunlarının layihələri üzrə müəyyən razılığa gəlsələr də, sonrakı dəyişikliklər yeni fikir ayrılıqlarına səbəb olmuş və proses faktiki olaraq dalana dirənmişdi.
Ankara görüşü həmin prosesi yenidən canlandırmaq cəhdi kimi qiymətləndirilir. Əgər əldə olunan ilkin razılıq praktiki qərarlara çevrilərsə, Türkiyənin vasitəçiliyi Liviyanın şərq və qərb siyasi mərkəzləri arasında kompromisin əldə olunmasında və ölkənin seçkilərə aparılmasında mühüm rol oynaya bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər