Mobil versiya
Gömrükdən 91 min keçirmək istədi
Tarix: 07-04-2017 | Saat: 15:35
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Gömrükdən 91 min keçirmək istədi



Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

AİA.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Novosibirsk aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

Həmin şəxs saxlanılıb sorğu-sual olunarkən üzərində 500-600 min Rusiya rublu olduğunu bildirib. Lakin şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibində gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 182 ədəd - hər biri 5000 Rusiya rublu nominalında əsginaslar olmaqla, cəmi 910 min Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024