Mobil versiya
Adaya tonlarla zəhər səpdilər: İki ildən sonra inanılmaz nəticə ortaya çıxdı
Tarix: 07-09-2026 | Saat: 20:22
Bölmə:Özəl | çapa göndər

Adaya tonlarla zəhər səpdilər: İki ildən sonra inanılmaz nəticə ortaya çıxdı




Çilidə kiçik bir adanın ekosistemini məhv olmaqdan xilas etmək üçün olduqca qeyri-adi əməliyyat həyata keçirilib. Yerli canlılar üçün ciddi təhlükəyə çevrilən işğalçı siçanları məhv etmək məqsədilə helikopterlərdən adaya xüsusi zəhərli yemlər səpilib.

Çili sahillərində yerləşən Isla Pájaro Uno adasına vaxtilə gəmilərlə yayıldığı bildirilən gəmiricilərin burada təbii düşməni olmayıb. Sürətlə çoxalan siçanlar xüsusilə dəniz quşlarının yumurtalarını və balalarını məhv edərək adanın təbii tarazlığını ciddi şəkildə pozub.

Çili Ətraf Mühit Nazirliyi və Island Conservation təşkilatının həyata keçirdiyi əməliyyat təxminən 70 hektarlıq ərazini əhatə edib. Helikopterlər GPS vasitəsilə müəyyən edilmiş marşrutlarla uçaraq insanların çətinliklə çata bildiyi qayalı ərazilərə qədər xüsusi yemlər səpib. Yerüstü qruplar isə çatları və mümkün gizlənmə yerlərini ayrıca yoxlayıb.

Əməliyyatdan sonra nəticənin dərhal elan edilməməsi diqqət çəkib. Mütəxəssislər iki il ərzində adanı nəzarətdə saxlayaraq siçanların yenidən görünmədiyinə əmin olmağa çalışıblar. Uzunmüddətli monitorinqdən sonra işğalçı gəmiricilərin adadan tamamilə təmizləndiyi açıqlanıb.

Ən böyük dəyişiklik isə bundan sonra müşahidə edilib. Siçanların təzyiqindən xilas olan bəzi dəniz quşları adaya geri dönərək yenidən yuva qurmağa və çoxalmağa başlayıb.

Beləliklə, ilk baxışdan təbiət üçün təhlükəli görünən radikal müdaxilə ciddi nəzarət altında ekosistemin bərpasına xidmət edib. Cəmi iki ildən sonra adada mənzərə dəyişib: işğalçı siçanlar yox olub, onların sıxışdırdığı yerli canlılar isə öz təbii yaşayış mühitinə qayıtmağa başlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026