Mobil versiya
Nardaranda avtomat, qumbara tapılıb
Tarix: 06-04-2017 | Saat: 15:31
Bölmə:Cəmiyyət | çapa göndər

Nardaranda avtomat, qumbara tapılıb



Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül" hamamına baxış zamanı oradan silah-sursat aşkar edilib.

AİA.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Əldə edilən əməliyyat məlumatı əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül" hamamına baxış zamanı oradan "AKS" markalı silah, 50 ədəd müxtəlif çaplı patron, 1 patron darağı, 4 ədəd "F-1" qumbarası, 2 qumbara alışqanı və dini mərasimlərdə istifadə olunan zəncir aşkar edilərək götürülüb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024