Sosial şəbəkələrdə yeni dövr: “Meta” yeniyetmələr üçün sərt qaydalara razılaşdı
Tarix: 31-08-2026 | Saat: 19:11
Bölmə:Özəl | çapa göndər

“Meta” yeniyetmələrin “Facebook” və “Instagram”dan istifadəsinə ciddi məhdudiyyətlərin tətbiqini nəzərdə tutan razılaşmaya gedib. Yeni qaydalara əsasən, 18 yaşdan aşağı istifadəçilərin hər iki platformada keçirdiyi ümumi vaxt gündə maksimum iki saat olacaq.
Yeniyetmələrin bir neçə hesabı olsa belə, istifadə müddətinin birlikdə hesablanması nəzərdə tutulur. Limiti aşmaq isə yalnız valideyn razılığı ilə mümkün olacaq. Gecə saat 00:00-dan 06:00-dək “Reels”, “Explore”, hekayələr və xəbər lentinə giriş standart olaraq məhdudlaşdırılacaq, dərs saatlarında isə əksər bildirişlər susdurulacaq.
Dəyişikliklər bununla bitmir. Yeniyetmə hesablarında bəyənmə saylarının standart olaraq gizlədilməsi, videoların avtomatik oynadılmasının söndürülməsi, müəyyən görünüş filtrlərinin məhdudlaşdırılması və xronoloji lent seçiminin təqdim edilməsi də nəzərdə tutulur. Yaşını düzgün göstərməyən istifadəçilərin müəyyənləşdirilməsi üçün yaş yoxlama sistemləri də gücləndiriləcək.
Razılaşmanın maliyyə tərəfi də böyükdür. “Meta”nın növbəti 10 il ərzində 18 milyard dollaradək ödəniş etməsi, bunun 12,7 milyard dollarının isə təminatlı olması nəzərdə tutulur. Şirkət bununla belə, hər hansı qanun pozuntusunu etiraf etmir.
Azərbaycanda isə məsələ daha fərqli hüquqi model üzrə tənzimlənir. Təqdim olunan məlumata əsasən, 16 yaşına çatmayan şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial platformalarda fərdi hesab açmasının qarşısını alan qaydalar qəbul edilib. 16–18 yaşlılar üçün isə valideyn və ya digər qanuni nümayəndənin razılığı nəzərdə tutulur.
Beləliklə, sosial şəbəkələrdə uşaqların qorunması istiqamətində yaş yoxlaması, istifadə vaxtının məhdudlaşdırılması və asılılıq yaradan funksiyaların azaldılması yeni qlobal tendensiyaya çevrilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-08-2026