Mobil versiya
Rusiyada daha bir partlayış - Yaralanan var
Tarix: 06-04-2017 | Saat: 11:10
Bölmə:Cəmiyyət | çapa göndər

Rusiyada daha bir partlayış - Yaralanan var



Rusiyanın Rostov şəhərində məktəbin qarşısında partlayış baş verib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər yaralanıb.

“Həmin şəxs yol kənarında olan şübhəli əşyanı götürüb, nəticədə qurğu işə düşüb,partlayış olub. Onun barmaqları qopub, qarın nahiyəsindən yaralanıb. Həmin şəxs xəstəxanaya aparılıb”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib.

Digər mənbə isə vurğulayıb ki, qurğu məktəbin yaxınlığında işə düşüb. Hazırda ərazi polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, bir neçə gün öncə Sankt-Peterburqda metroda partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024