YAP Şəmkir rayon təşkilatında fəallarla görüş keçirilib -Fotolar
Tarix: 28-08-2026 | Saat: 11:59
Bölmə:Özəl | çapa göndər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının qərargahında partiyanın bir qrup fəalı ilə görüş keçirilib.
aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev partiya üzvlərinin ictimai-siyasi həyatda fəal iştirakından, həyata keçirilən layihələrdəki rolundan və qarşıda duran gələcək fəaliyyət istiqamətlərindən danışıb.
Rayon təşkilatının sədri vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi milli maraqların qorunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və cəmiyyətin hərtərəfli inkişafına mühüm töhfələr verməkdədir.
Görüşdə YAP Şəmkir rayon təşkilatının on bir min beş yüzə yaxın üzvü öz sıralarında birləşdirən nüfuzlu siyasi qurumlardan biri olduğu diqqətə çatdırılıb.
Təşkilatın işində fəalların rolunun xüsusi əhəmiyyət kəsb etdiyi, onların təşəbbüskarlığı və ictimai-siyasi proseslərdə yaxından iştirakının görülən işlərə mühüm töhfə verdiyi qeyd olunub.
Səmimi şəraitdə keçən görüşdə fəalların təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-08-2026