Mobil versiya
Qurban Qurbanov: "Barselona" ilə matçda "Sabah"a azarkeşlik edəcəyəm
Tarix: 28-08-2026 | Saat: 08:47
Bölmə:İdman | çapa göndər

Qurban Qurbanov: "Barselona" ilə matçda "Sabah"a azarkeşlik edəcəyəm


Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona" ilə Bakıda baş tutacaq oyunda "Sabah"a azarkeşlik edəcək.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunu UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə cavab matçından (1:4) sonra deyib.

"Onları Bakıda görmək çox xoş olacaq. "Barselona" bəyəndiyim komandalardandır. Amma istənilən halda "Sabah"a azarkeşlik edəcəyəm", - Q.Qurbanov əlavə edib.

Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna iki oyunun nəticəsinə (1:0, 1:4) əsasən uduzaraq mübarizəni dayandırıb.(report)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-08-2026