Dəməşqdə tarixi ödəniş: Suriya beynəlxalq maliyyə sisteminə qayıdır
Tarix: 27-08-2026 | Saat: 17:00
Bölmə:Özəl | çapa göndər

Suriyada uzun illər davam edən maliyyə təcridindən sonra simvolik hadisə baş verib. Prezident Əhməd əş-Şəraa Dəməşq restoranlarından birində hesabı beynəlxalq “Visa” kartı ilə ödəyib. Bildirilir ki, bu, ölkədə həyata keçirilən ilk beynəlxalq “Visa” əməliyyatı olub.
Hadisənin Suriyanın ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılmasının ertəsi gününə təsadüf etməsi xüsusilə diqqət çəkib. Ödəniş zamanı prezidentin yanında Suriya Mərkəzi Bankının rəhbəri Səfvət Rəslan da olub.
“Visa” əməliyyatı Suriyada rəqəmsal ödənişlərin və beynəlxalq maliyyə əlaqələrinin inkişafı baxımından mühüm addım kimi qiymətləndirib. Mərkəzi Bank rəhbərliyi isə bunu ölkənin maliyyə sistemi üçün “yeni başlanğıc” adlandırıb.
Uzun illər sanksiyalar səbəbindən qlobal maliyyə sisteminin böyük hissəsindən kənarda qalan Suriya üçün bu hadisə sadəcə restoran hesabının ödənilməsi deyil, ölkənin beynəlxalq iqtisadi və maliyyə əlaqələrinə mərhələli dönüşünün rəmzi kimi təqdim olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-08-2026