Bankların vətəndaşların şəxsi məlumatlarına çıxışı ilə bağlı AÇIQLAMA
Tarix: 27-08-2026 | Saat: 12:28
Bölmə:Manşet / Özəl / İqtisadiyyat | çapa göndər

Banklar iş yeri məlumatlarını hansı əsasla əldə edir? – Rəsmi cavab
Şəxsi məlumatlar banklara necə ötürülür? – Vətəndaşların bilməli olduğu məqamlar
Vətəndaşların şəxsi məlumatlarının hansı hallarda banklar tərəfindən əldə edilə bilməsi yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə yayılan narazılıqlardan birində vətəndaş banklardan biri neçəsinin onun müraciəti və icazəsi olmadan məşğulluq məlumatlarını sorğuladığını iddia edir. Bu isə bankların vətəndaşların iş yeri və digər məşğulluq məlumatlarına hansı hüquqi əsasla çıxış əldə etməsi, eləcə də şəxsin razılığının tələb olunub-olunmaması ilə bağlı suallar yaradır. Vətəndaşın müraciəti və ayrıca razılığı olmadan onun məşğulluq məlumatlarını hansı hüquqi əsasla sorğulaya bilər? Belə məlumatların sorğulanması zamanı vətəndaşın əvvəlcədən verdiyi razılıq necə yoxlanılır və məlumat sahibinə onun məlumatlarının hansı qurum tərəfindən, nə vaxt və hansı məqsədlə sorğulandığı barədə məlumat verilir?
Azərbaycan Banklar Assosiasiyası ABA aia.az-ın sorğusuna cavab olaraq bildriib ki, Bank tərəfindən müştərilərin məşğulluq və digər fərdi məlumatlarının əldə edilməsi Azərbaycan Respublikasının fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyinə uyğun olaraq və müvafiq hüquqi əsas mövcud olduğu halda həyata keçirilir.
Qeyd edilib ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, qanunvericiliklə fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi nəzərdə tutulan hallar istisna olmaqla, şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada verdiyi razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir.
Belə ki, müştərilər bank xidmətlərinə müraciət zamanı müvafiq razılıq ərizəsi imzalayırlar. Həmin sənəddə məlumatların sorğulanması üçün razılığın qüvvədə olduğu müddət müəyyən edilir. Bu müddət ərzində məlumatların sorğulanması müştərinin əvvəlcədən verdiyi razılıq əsasında həyata keçirilir.
Həmçinin “mygov” platformasında “İcazələrin idarə edilməsi” funksionallığı vasitəsilə vətəndaşlar özəl qurumlara fərdi məlumatlarının sorğulanması ilə bağlı icazə, yaxud verdikləri razılıqları rəqəmsal qaydada idarə edə bilirlər. İstifadəçi verilmiş razılıqların onların qüvvədə olma müddətini dəyişdirə, müvafiq sorğulamanı dayandıra və sonradan yenidən aktivləşdirə bilər.
Qeyd edilən hüquqi və texnoloji mexanizmlərin məqsədi fərdi məlumatların yalnız müəyyən edilmiş hüquqi əsas və məqsədlər çərçivəsində işlənilməsinə, habelə məlumat subyektinin onun barəsində aparılan məlumat sorğularına nəzarət imkanına malik olmasına şərait yaratmaqdır.
Aysel Timur
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər