Mobil versiya
CIA rəhbərinin gizli Moskva missiyası – Putin niyə görüşdən imtina etdi?
Tarix: 26-08-2026 | Saat: 20:42
Bölmə:Özəl | çapa göndər

CIA rəhbərinin gizli Moskva missiyası – Putin niyə görüşdən imtina etdi?



ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin əvvəlcədən elan edilməyən Moskva səfəri diqqət çəkib. Kreml isə Rusiya Prezidenti Vladimir Putinin amerikalı kəşfiyyat rəhbəri ilə görüşünün nəzərdə tutulmadığını açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin proqramında Retkliff ilə görüş yoxdur. CIA direktorunun səfərinin məzmunu və Moskvada kimlərlə danışıqlar apardığı barədə isə ətraflı məlumat verilməyib.
Siyasi analitik Asif Nərimanlı hesab edir ki, səfərin əsas mövzularından birinin Rusiya-Ukrayna müharibəsi olması ehtimalı yüksəkdir. Onun fikrincə, Vaşinqton dalana dirənmiş danışıqları yenidən hərəkətə gətirməyə, Moskvanın mümkün razılaşma üçün şərtlərini və güzəşt imkanlarını öyrənməyə çalışa bilər.
Ekspert Putinin CIA direktorunu qəbul etməməsinin iki mümkün izahını göstərir. Bir tərəfdən, Moskva bununla Vaşinqtona danışıqlara həddindən artıq ehtiyac duyan tərəf kimi görünmək istəmədiyini nümayiş etdirə bilər. Digər tərəfdən isə təmasların mümkün qədər diqqətdən kənarda saxlanılması məqsədi ola bilər.
Nərimanlının fikrincə, Retkliffin səfəri ABŞ-Rusiya danışıqlarının yeni mərhələsinin başlanğıcına çevrilə bilər. Belə bir mərhələ başlayarsa, Vaşinqtonun Ukrayna məsələsində nəticə əldə etmək üçün tərəflərə müxtəlif diplomatik və siyasi təzyiq vasitələrindən istifadə etməsi də istisna edilmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026