Mobil versiya
İrəvandan Moskvaya gözlənilməz mesaj: Səfərbərlikdən qaçan ruslara “yaşıl işıq”
Tarix: 26-08-2026 | Saat: 18:43
Bölmə:Özəl | çapa göndər

İrəvandan Moskvaya gözlənilməz mesaj: Səfərbərlikdən qaçan ruslara “yaşıl işıq”


Ermənistan Rusiyada yeni səfərbərlik elan olunacağı təqdirdə ölkəyə üz tutan Rusiya vətəndaşlarının girişinə mane olmayacağını açıqlayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın sözlərinə görə, sərhəddə rusiyalılardan Ermənistana hansı səbəbdən gəldikləri soruşulmayacaq. O bildirib ki, Rusiya vətəndaşlarının xarici pasport olmadan Ermənistana səfər etmək imkanları da mövcuddur.
Simonyan rusiyalılara müraciət edərək “Ermənistana xoş gəlmisiniz” deyib və ehtiyac yaranacağı halda Ermənistan hakimiyyətinin yardım göstərməyə hazır olduğunu bildirib.
Açıqlama Rusiyada yeni səfərbərlik dalğasının başlaya biləcəyi barədə iddiaların yayıldığı bir vaxtda səsləndirilib. Müxtəlif mənbələr Dövlət Dumasına seçkilərdən sonra belə bir addımın mümkünlüyünü gündəmə gətirsələr də, Kreml bu məlumatları rədd edir.
İrəvanın mövqeyi xüsusilə Ermənistan-Rusiya münasibətlərində son dövrdə müşahidə edilən siyasi məsafələşmə fonunda diqqət çəkir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026