Mobil versiya
Suriyada yeni mərhələ: SDF silahlı qüvvə kimi fəaliyyətini dayandırdı
Tarix: 26-08-2026 | Saat: 15:44
Bölmə:Özəl | çapa göndər

Suriyada yeni mərhələ: SDF silahlı qüvvə kimi fəaliyyətini dayandırdı


Suriyada mühüm hərbi-siyasi dəyişiklik baş verib. Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDF) ayrıca hərbi struktur kimi fəaliyyətinə son qoyulduğu və qüvvələrin Suriya ordusuna inteqrasiyasının tamamlandığı açıqlanıb.
SDF komandiri Məzlum Əbdi prezident Əhməd əl-Şaraa ilə görüşündən sonra Dəməşqdə bildirib ki, təşkilat artıq müstəqil silahlı qüvvə kimi mövcud olmayacaq. SDF döyüşçülərinin Suriya ordusunun müvafiq briqadalarına daxil edilməsi prosesinin başa çatdığı qeyd olunub.
Razılaşma yalnız hərbi sahəni əhatə etmir. Suriyanın şimal-şərqində yaradılmış özünüidarəetmə strukturlarının da mərhələli şəkildə dövlət idarəçilik sisteminə inteqrasiyası nəzərdə tutulur.
Əbdi yeni mərhələnin məqsədinin etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların daxil olduğu vahid və sabit Suriya qurmaq olduğunu bildirib. Kürdlərin ana dilində təhsil imkanlarının qorunacağı da açıqlanıb.
Bununla da Dəməşq və SDF arasında 10 mart 2025-ci ildə əldə edilmiş razılaşmanın əsas müddəalarının icrasının yekunlaşdığı bildirilir. Hadisə Suriyanın ərazi və hərbi-siyasi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş kimi qiymətləndirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026