Paşinyandan xarici qüvvələrə mesaj: “Sülhü özümüz qorumalıyıq”
Tarix: 26-08-2026 | Saat: 18:00
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə xarici sülhməramlı qüvvələrə ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, nə KTMT, nə də başqa xarici qüvvələrin Ermənistan ərazisinə yerləşdirilməsi zəruridir.
Paşinyan Azərbaycan və Ermənistan xalqlarını “ən etibarlı sülhməramlılar” adlandıraraq təhlükəsizliyin üçüncü tərəflərin hərbi iştirakı olmadan təmin edilməli olduğu mesajını verib. O, xarici sülhməramlı kontingentin Ermənistan ərazisinə daxil olmayacağını vurğulayıb.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov hesab edir ki, bu açıqlama daha geniş siyasi məna daşıyır. Ekspertin fikrincə, Paşinyanın xarici qüvvələrin yerləşdirilməsini xüsusi olaraq istisna etməsi Ermənistanın təhlükəsizliyi ilə bağlı belə variantların müəyyən dairələrdə müzakirə oluna biləcəyinə işarə kimi də qiymətləndirilə bilər.
Məhərrəmovun qənaətinə görə, Paşinyanın mövqeyi yalnız KTMT-yə deyil, Ermənistan ərazisində istənilən xarici hərbi-sülhməramlı mexanizmə münasibət kimi qəbul edilə bilər. Bu yanaşma İrəvanın Bakı ilə münasibətlərdə üçüncü tərəflərin rolunu azaltmaq niyyətini göstərir.
Ekspert eyni prinsipin Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyasına münasibətdə də tətbiq edilməli olduğunu düşünür. Onun fikrincə, tərəflər arasında davamlı sülh və etimad formalaşacağı halda sərhəddə xarici missiyaların saxlanılması məsələsinə də yenidən baxılması gündəmə gələ bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2026