Təcili yardım niyə gecikir? - TƏBİB səbəbləri açıqladı
Tarix: 26-08-2026 | Saat: 10:44
Bölmə:Manşet / Özəl | çapa göndər

Təcili yardımın gecikməsi ilə bağlı TƏBİB-dən açıqlama
TƏBİB gecikən təcili yardım çağırışları ilə bağlı danışdı
Son günlər sosial şəbəkələrdə təcili tibbi yardımın çağırış ünvanına gec çatması ilə bağlı paylaşımlar diqqət çəkir. Belə paylaşımlardan birində vətəndaş bildirib ki, uşağının yüksək hərarəti səbəbindən təcili tibbi yardıma müraciət edib, lakin briqada ünvana təxminən 90 dəqiqə sonra çatıb. Oxşar halların digər vətəndaşların da başına gəldiyi bildirilir. Xüsusilə azyaşlı uşaqların səhhətində yaranan qəfil problemlər zamanı təcili yardımın gecikməsi valideynlərin ciddi narahatlığına səbəb olur. Bəs təcili tibbi yardım briqadalarının bəzi hallarda çağırış ünvanına gec çatmasının səbəbi nədir? Çağırışların prioritetləşdirilməsi hansı meyarlar əsasında aparılır və gecikmələrin qarşısını almaq üçün hansı addımlar atılır?
Bu barədə TƏBİB-dən aia.az sorğusuna cavab olaraq bildirilib ki, təcili tibbi yardım xidmətinə daxil olan hər bir çağırış operativ şəkildə qəbul edilir və çağırışın xarakterindən, xəstənin vəziyyətindən və həyati risk dərəcəsindən asılı olaraq müvafiq prioritet müəyyənləşdirilir.
Qurumdan bildirilib ki, prioritetləşdirmənin əsas məqsədi həyati təhlükəsi olan və təxirəsalınmaz müdaxilə tələb edən xəstələrə mümkün qədər qısa müddətdə tibbi yardım göstərilməsidir.
Bəzi hallarda briqadanın çağırış ünvanına çatma müddətinə eyni vaxtda daxil olan çağırışların sayı, həmin ərazidə mövcud briqadaların məşğulluq vəziyyəti, yol-nəqliyyat sıxlığı, hava şəraiti, ünvanın dəqiq müəyyənləşdirilməsi və digər operativ amillər təsir göstərə bilər. Xüsusilə çağırışların intensiv olduğu saatlarda bütün briqadaların eyni vaxtda müxtəlif ünvanlarda xidmət göstərməsi əlavə yüklənmə yarada bilər.
Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması istiqamətində işlər davam etdirilir. Ambulans parkının yenilənməsi və genişləndirilməsi, yeni briqadaların fəaliyyətə cəlb olunması, təcili tibbi yardım məntəqələrinin imkanlarının artırılması, çağırışların idarə olunmasında müasir texnologiyalardan istifadə və briqadaların çağırış ünvanına daha operativ çatmasını təmin edən həllərin tətbiqi bu tədbirlər sırasındadır.
Bakı şəhərində nəqliyyat sıxlığının yüksək olduğu ərazilərdə xəstəyə ilkin tibbi yardımın daha operativ göstərilməsi məqsədilə motosikletli təcili tibbi yardım xidməti də pilot layihə çərçivəsində tətbiq edilir. Bu yanaşma xüsusilə tıxac səbəbindən ambulansın hərəkətinin çətinləşdiyi hallarda ilkin müdaxilənin daha qısa müddətdə həyata keçirilməsinə imkan yaradır.
Eyni zamanda vətəndaşlardan çağırış zamanı ünvanı mümkün qədər dəqiq bildirmələri, əlaqə nömrəsini düzgün təqdim etmələri və dispetçerin suallarını tam cavablandırmaları xahiş olunur. Bu məlumatlar briqadanın çağırış ünvanını daha tez müəyyənləşdirməsi və hadisə yerinə operativ çatması baxımından mühüm əhəmiyyət daşıyır.
Təcili tibbi yardım xidmətinin əsas prioriteti həyati təhlükəsi olan xəstələrə vaxtında və keyfiyyətli tibbi yardım göstərilməsidir. Bu istiqamətdə xidmətin operativliyinin artırılması və çağırışlara cavab müddətinin optimallaşdırılması üçün tədbirlər davam etdirilir.
Aysel Elnur
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2026
11:02 Laçın – Qayıdışın ünvanı