Mobil versiya
ABŞ-da H-1B vizası üçün rekord rüsum planı – 103 min dollarlıq təklif
Tarix: 25-08-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

ABŞ-da H-1B vizası üçün rekord rüsum planı – 103 min dollarlıq təklif



Tramp administrasiyası ABŞ şirkətlərinin xaricdən yüksək ixtisaslı mütəxəssislər işə götürməsinə imkan verən H-1B proqramı ilə bağlı ciddi dəyişiklik təklif edib.
Yeni plana əsasən, H-1B vizası üzrə müraciətlərin işlənməsi üçün 103 265 dollar əlavə rüsum tətbiq oluna bilər. Təklif Federal Reyestrdə dərc edilib və məsələ ilə bağlı 30 günlük ictimai müzakirə nəzərdə tutulub.
Bu məbləğin mövcud viza rüsumlarını əvəz etməyəcəyi, onların üzərinə əlavə olunacağı bildirilir. Administrasiya dəyişiklikləri ABŞ şirkətlərini xarici mütəxəssislər əvəzinə daha çox amerikalı işçi götürməyə və onların hazırlanmasına investisiya qoymağa təşviq etmək məqsədi ilə əsaslandırır.
Lakin məsələ hüquqi mübahisə predmetidir. İyun ayında Massaçusetsdə federal məhkəmə H-1B vizaları üçün 100 min dollardan yüksək rüsum tətbiqini bloklayıb. Tramp administrasiyası həmin qərardan apellyasiya şikayəti verib.
1990-cı ildən fəaliyyət göstərən H-1B proqramından xüsusilə yüksək ixtisas tələb edən sahələrdə xarici mütəxəssislərin ABŞ-da işləməsi üçün istifadə olunur. Yeni təklif qüvvəyə minərsə, proqram vasitəsilə xaricdən işçi cəlb etmək Amerika şirkətləri üçün xeyli bahalaşa bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-08-2026