Tehran “Məkkə paktı” ilə bağlı MÖVQEYİNİ AÇIQLADI: “İrana qarşı yönəlməyib”
Tarix: 24-08-2026 | Saat: 19:21
Bölmə:Özəl | çapa göndər

İran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış “Məkkə müdafiə paktı”nı özünə qarşı birbaşa hərbi təhlükə hesab etmir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai həftəlik brifinqdə bildirib ki, Tehran üç müsəlman ölkəsinin iştirak etdiyi razılaşmanın İrana qarşı yönəldiyini düşünmək üçün əsas görmür.
“Üç islam ölkəsinin və iki qonşu müsəlman dövlətinin daxil olduğu bu paktın iranlılara qarşı yönəldiyini düşünmək üçün heç bir əsasımız yoxdur”, – deyə Baqai bildirib.
İran rəsmisi eyni zamanda regionda formalaşan yeni təhlükəsizlik mexanizmlərinə Tehranın yanaşmasını açıqlayıb. Onun sözlərinə görə, İran Yaxın Şərq dövlətlərinin kənar qüvvələrdən asılılığı azaltmaqla öz təhlükəsizlik sistemlərini formalaşdırmaq təşəbbüslərini müsbət qiymətləndirir.
Baqai ABŞ-ın regiondakı siyasətini də tənqid edərək Vaşinqtonun Yaxın Şərqdəki əsas prioritetinin İsrailin maraqlarını qorumaq olduğunu iddia edib.
Bununla yanaşı, Tehran qonşu dövlətlərə mühüm çağırış ünvanlayıb. İran XİN sözçüsü region ölkələrinin ərazilərinin İrana qarşı hər hansı hərbi əməliyyat və ya hücum məqsədilə istifadə edilməsinə imkan verməməli olduğunu vurğulayıb.
Maraqlıdır ki, Tehranın mövqeyi yalnız paktı təhlükə kimi görməməklə məhdudlaşmır. Bundan əvvəl İran parlamentinin bəzi nümayəndələri ölkənin gələcəkdə “Məkkə sazişi”nə qoşulması imkanının nəzərdən keçirilə biləcəyini də bildirmişdilər.
Beləliklə, Tehran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan müdafiə əməkdaşlığına qarşı sərt mövqe nümayiş etdirmək əvəzinə, onu regional təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi kontekstində qiymətləndirməyə çalışır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-08-2026