Daşkənddə Azərbaycan–Özbəkistan regionlararası əməkdaşlığının yeni mərhələsi -Fotolar
Tarix: 23-08-2026 | Saat: 20:35
Bölmə:Manşet / Özəl | çapa göndər

IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu iki ölkənin bölgələri arasında iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi baxımından mühüm hadisə oldu.
Forumun təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikası ilə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi xüsusi əhəmiyyətin, həmçinin iki ölkə arasında regional səviyyədə iqtisadi-ticari əməkdaşlığın daha da gücləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi niyyətinin növbəti bariz nümunəsidir. Bu forum ölkələr arasındakı mövcud potensialın reallaşdırılması, işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılması baxımından mühüm platforma olub.
22 avqust 2026-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. İki qardaş ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm əhəmiyyət daşıyan forum regionlararası əməkdaşlığın yeni imkanlarının müzakirəsi ilə yadda qalıb.
Forumda Azərbaycan və Özbəkistanın dövlət rəsmiləri, region rəhbərləri, investisiya qurumlarının nümayəndələri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər. Tədbirdə iki ölkə arasında ticarət, investisiya, sənaye, kənd təsərrüfatı və regionlararası əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlar diqqət mərkəzində olub.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Qudratov çıxışlarında Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığının iqtisadi sahədə də dinamik inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, qarşılıqlı investisiyaların artırılması, yeni sənaye və biznes layihələrinin həyata keçirilməsi, eləcə də regionlar arasında birbaşa əlaqələrin gücləndirilməsi üçün geniş potensial mövcuddur.
Forum Beyləqan rayonu üçün də xüsusi əhəmiyyət daşıyıb. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iştirak edib. Məlum olduğu kimi, 2024-cü il avqustun 22-də Daşkənddə keçirilmiş II Özbəkistan–Azərbaycan biznes forumu çərçivəsində Beyləqan rayonu ilə Özbəkistanın Şəhrisəbz şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması ilə bağlı sənədlər imzalanıb.
Bu münasibətlərin davamı olaraq Əziz Əzizov forum çərçivəsində Şəhrisəbz şəhərinin daxil olduğu Kaşkadərya vilayətinin sədr müavini Əlişir Zakirov və vilayət hakimiyyətinin strukturunda şöbə rəhbəri Furqat Aliboyevlə görüş keçirib.
Görüşdə Beyləqan rayonu ilə Kaşkadərya vilayəti arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər kənd təsərrüfatı, sahibkarlıq, investisiya, ticarət, sosial və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Eyni zamanda, qarşılıqlı səfərlərin və işgüzar görüşlərin təşkili, yerli sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Beyləqan–Kaşkadərya əlaqələrinin inkişafı xüsusilə kənd təsərrüfatı və sahibkarlıq sahələrində yeni imkanlar yarada bilər. Hər iki regionun iqtisadi potensialının qarşılıqlı öyrənilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi gələcəkdə konkret layihələrin reallaşdırılmasına zəmin yarada bilər.
IVÖzbəkistan–Azərbaycan Regionlararası Forumu bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız dövlətlərarası səviyyə ilə məhdudlaşmır. Regionlar və şəhərlər arasında qurulan birbaşa əlaqələr də iki ölkə arasında iqtisadi, sosial və mədəni əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Daşkənd forumu çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan və Özbəkistan regionları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni perspektivlər açır. Bu baxımdan Beyləqan rayonu ilə Kaşkadərya vilayəti arasında qardaşlıq münasibətlərinin konkret layihələrlə zənginləşdirilməsi qarşıdakı dövrün əsas istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-08-2026