Neft bahalaşır, dizel rekord həddə yaxınlaşır – bazarda böyük gərginlik
Tarix: 23-08-2026 | Saat: 09:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dünya neft bazarında qiymətlər həftəni ciddi artımla başa vurub. Brent markalı neft 94 dollar həddinə çatıb, BƏƏ-nin Murban nefti isə 100 dollarlıq psixoloji həddi aşaraq 103 dollar səviyyəsində dayanıb.
aia.az xəbər verir ki, WTI markalı neftin qiyməti də ötən həftə ərzində yüksəlib. Lakin onun bahalaşma tempi Brent və Murbanla müqayisədə daha zəif olub.
Neft bazarında əsas diqqət Hörmüz boğazındakı vəziyyətə yönəlib. Axios-un müxbiri Barak Ravidin yaydığı məlumata görə, ABŞ administrasiyası boğazdan hər gecə böyük həcmdə neft daşındığını bildirir. Bununla belə, peyk görüntülərinə əsaslanan fərqli məlumatlarda boğazdan keçən gəmilərin sayının xeyli aşağı olduğu qeyd edilir.
Mənbədə bildirilir ki, Fars körfəzini tərk edən gəmilərin bir hissəsi İranın Sepah qüvvələrinin hərbi-dəniz bölmələri ilə qarşılaşır. Xüsusilə böyük həcmdə neft daşımaq imkanına malik VLCC tipli supertankerlərin hərəkəti bazar iştirakçılarının diqqət mərkəzindədir.
Mənbə həmçinin ABŞ administrasiyasının neft fyuçersləri ilə ticarət edən süni intellekt alqoritmlərinə təsir göstərmək və həftənin əvvəlində qiymətləri aşağı salmaq məqsədilə məlumat yaydığını iddia edir. Bu iddianın müstəqil təsdiqi yoxdur.
Bu proseslər fonunda ABŞ-də dizel yanacağının qiymətləri də yüksəlməkdə davam edir. Mənbənin məlumatına görə, dizelin qiyməti 2022-ci ildə qeydə alınmış rekord səviyyəyə yaxınlaşır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-08-2026
22-08-2026