Mobil versiya
Emin Əmrullayev qalmaqallı direktoru işdən çıxardı
Tarix: 20-08-2026 | Saat: 11:27
Bölmə:Təhsil | çapa göndər

Emin Əmrullayev qalmaqallı direktoru işdən çıxardı


Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb.
aia.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.

Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə