Mobil versiya
Zığ Sağlamlıq Mərkəzində baş həkim dəyişdi - RƏSMİ
Tarix: 19-08-2026 | Saat: 17:15
Bölmə:Manşet / Özəl | çapa göndər

Zığ Sağlamlıq Mərkəzində baş həkim dəyişdi

Sosial şəbəkələrdə və bəzi media resurslarında Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizovanın vəzifəsindən azad edilməsi və onun yerinə Şəlalə Səfərovanın təyin olunması barədə məlumat yayılıb. Məlumata görə, TƏBİB-in İcraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb.


Bu barədə aia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan bəzi tibb müəssisələrində müvafiq kadr dəyişiklikləri həyata keçirilib.

Naibə Əzizova 14.07.2026 tarixindən Zığ Sağlamlıq Mərkəzində baş həkim vəzifəsindən 43 nömrəli Şəhər Poliklinikasının baş həkim vəzifəsinə keçirilib.

Eyni tarixdən Şəlalə Səfərova Zığ Sağlamlıq Mərkəzinə baş həkim vəzifəsinə keçirilib.

Hazırda Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Şəlalə Səfərovadır.

Aysel Elnur
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2026