Mobil versiya
Azərbaycan malları Ermənistana axır, əks istiqamətdə cəmi 960 dollar – İrəvanda şok rəqəmlər
Tarix: 18-08-2026 | Saat: 09:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan malları Ermənistana axır, əks istiqamətdə cəmi 960 dollar – İrəvanda şok rəqəmlər


Erməni ekspert Beniamin Matevosyan Ermənistanla Azərbaycan arasındakı ticarət göstəricilərinə diqqət çəkərək Nikol Paşinyan hökumətini sərt tənqid edib.

Matevosyanın təqdim etdiyi statistikaya əsasən, 2026-cı ilin ilk 7 ayında Azərbaycandan Ermənistana idxal edilən malların ümumi dəyəri 17 milyon 372 min dolları ötüb.

Əks istiqamətdə isə göstəricinin son dərəcə aşağı olduğu bildirilir. Onun sözlərinə görə, həmin dövrdə Ermənistandan Azərbaycana yalnız bir dəfə – 2026-cı ilin martında cəmi 960 dollar dəyərində məhsul gətirilib.

Matevosyan bildirib ki, Ermənistan rəhbərliyinin və baş nazir Nikol Paşinyanın Azərbaycan bazarına erməni məhsullarının ixracının başlanacağı barədə açıqlamalarına baxmayaraq, mövcud rəqəmlər ticarətin faktiki olaraq birtərəfli xarakter daşıdığını göstərir.

Erməni ekspert hesab edir ki, Ermənistandakı istehlakçıların Azərbaycan məhsullarına xərclədiyi vəsait Azərbaycan iqtisadiyyatına daxil olur, Ermənistan istehsalçıları isə Azərbaycan bazarına çıxış əldə edə bilmirlər.

Matevosyan bunu Ermənistanın artan dövlət borcu fonunda xüsusilə problemli hesab edir. Onun istinad etdiyi Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin iyun ayının sonuna ölkənin ümumi dövlət borcu 13,9 milyard dollara çatıb.

Ekspert danışıqlar prosesinə də toxunaraq bildirib ki, Ermənistanın ekspert və diplomatik dairələrinin bir hissəsi uzun müddət Ankaradan səslənən proqnozlara əsaslanıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan hələ 2025-ci ildə İrəvanla Bakı arasında sülh sazişinin 2026-cı ilin birinci yarısında imzalana biləcəyini bildirmişdi. Lakin payız yaxınlaşsa da, yekun sülh müqaviləsi hələ imzalanmayıb.

Matevosyan Azərbaycan tərəfinin Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırdığını, Metsamor AES-in bağlanması mövzusunun gündəmə gəldiyini və Zəngəzur dəhlizi məsələsinin yenidən ön plana çıxdığını bildirib.

O, bütün bunlardan çıxış edərək Paşinyan hökumətini tənqid edib və Ermənistan əhalisinin Azərbaycan mallarının alınmasına xərclədiyi vəsaitin nəticə etibarilə Azərbaycan iqtisadiyyatına və büdcə gəlirlərinə xidmət etdiyini söyləyib.musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2026