Mobil versiya
Bir ildə 15 cinayətkar qrup zərərsizləşdirilib
Tarix: 04-04-2017 | Saat: 10:44
Bölmə:Cəmiyyət / Manşet | çapa göndər

Bir ildə 15 cinayətkar qrup zərərsizləşdirilib



Ötən il ərzində Azərbaycanda insan alveri ilə məşğul olan 15 cinayətkar qrup zərərsizləşdirilib.

Cinayətkar qrupların qurbanı olmuş 70 şəxs müəyyən edilib. Onların hər birinə birdəfəlik müavinət verilib, 25 nəfəri işlə təmin edilib, 38 nəfəri isə peşə kurslarına göndərilib.

Ümumilikdə isə 2016-cı ildə Azərbaycanda 141 insan alveri faktı aşkarlanıb. Ötən illə müqayisədə insan alveri faktlarının sayı 29,4 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmətlər göstərilib.

Qurbanların sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat ayrılıb. (Trend)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024