Naxçıvan: inkişafın, təhlükəsizliyin və milli ruhun ünvanı
Tarix: 12-08-2026 | Saat: 13:56
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan hər zaman ölkəmizin ictimai-siyasi və strateji həyatında xüsusi mövqeyə malik olub. Son illərdə bu qədim diyarın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər isə Naxçıvanın gələcək inkişaf perspektivlərinin daha geniş və hərtərəfli olduğunu göstərir.
Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri və səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının Naxçıvana artıq 17-ci səfərinin özü belə bu qədim diyara göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Prezidentin qeyd etdiyi kimi, hər səfərin öz mənası və nəticələri vardır.
Naxçıvanın inkişafı yalnız bir istiqamətlə məhdudlaşmır. Burada sosial-iqtisadi inkişaf, müdafiə qabiliyyətinin gücləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və tarixi-mədəni irsin qorunması paralel şəkildə həyata keçirilir.
Xüsusilə Naxçıvanın təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Naxçıvanda Əlahiddə Ordunun yaradılması, hərbi hissələrin müasir texnika ilə təmin edilməsi və yeni komando qüvvələrinin formalaşdırılması bu siyasətin nəticələrindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Silahlı Qüvvələri bu gün bölgədə söz sahibidir və Naxçıvanın hərbi potensialı bundan sonra da gücləndiriləcək.
Lakin Naxçıvanın inkişafını yalnız təhlükəsizlik və iqtisadi göstəricilərlə ölçmək düzgün olmazdı. Bu qədim diyar Azərbaycan xalqının milli-mədəni yaddaşının mühüm ünvanlarından biridir. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi və digər tarixi-mədəni abidələrin qorunması milli irsimizə münasibətin göstəricisidir.
Naxçıvan həm də Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş edən torpaqdır. Bu baxımdan Naxçıvanın inkişafı yalnız regional məsələ deyil, milli dövlətçilik tariximizlə sıx bağlı olan mühüm prosesdir.
Bu gün Naxçıvanda görülən işlər bir məqsədə xidmət edir: insanlarımızın daha təhlükəsiz, rahat və firavan şəraitdə yaşaması, qədim diyarın iqtisadi imkanlarının daha da artırılması və onun Azərbaycanın ümumi inkişafında öz layiqli yerini möhkəmləndirməsi.
İnanırıq ki, qarşıdakı illərdə Naxçıvan daha böyük layihələrin, yeni imkanların və davamlı inkişafın məkanına çevriləcək.
Səadət Əsədullayeva,
Siyəzən şəhər 2 saylı tam orta ümumtəhsil məktəbinin tarix müəllimi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-09-2026