Tehranla Paris arasında gərginlik artır: Əraqçidən Fransaya sərt ittihamlar
Tarix: 13-08-2026 | Saat: 17:30
Bölmə:Özəl | çapa göndər

İranın xarici işlər naziri Abbas Əraqçi Fransanın insan hüquqları və beynəlxalq hüquq məsələlərində digər ölkələri tənqid etmək üçün mənəvi əsasını itirdiyini bildirib.
Əraqçi sosial şəbəkədə yayımladığı açıqlamada Parisin xarici siyasətini sərt tənqid edib. İranlı nazirin fikrincə, Fransa və oxşar mövqe nümayiş etdirən dövlətlər başqa ölkələrə insan hüquqları ilə bağlı çağırışlar etməzdən əvvəl öz siyasətlərinə nəzər salmalıdırlar.
İran XİN rəhbəri Fransanın mövqeyini “ikiüzlü” və “utancverici” adlandıraraq əsas tənqidini Parisin Yaxın Şərq siyasətinə yönəldib.
Əraqçi Fransanın İsrailin Qəzzadakı hərbi əməliyyatlarına və İrana qarşı atılan addımlara verdiyi dəstəyin Parisin beynəlxalq hüquq və insan hüquqları ilə bağlı mövqeyinə ciddi zərbə vurduğunu iddia edib.
Nazirin sözlərinə görə, bu siyasət nəticəsində Fransa sahib olduğunu düşündüyü “mənəvi üstünlüyü” itirib. Əraqçinin sərt açıqlaması Tehranla Paris arasında siyasi gərginliyin daha da dərinləşdiyini göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-08-2026