Əsəd barədə ŞOK HÖKM – Qiyabi edam cəzası verildi
Tarix: 11-08-2026 | Saat: 13:23
Bölmə:Özəl | çapa göndər

Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıb.
Məhkəmə Bəşər Əsədi ölkədə vətəndaş müharibəsi dövründə törədildiyi bildirilən “hərbi cinayətlər” və “insanlıq əleyhinə cinayətlər”də təqsirli bilib.
Qərar yalnız Suriyanın keçmiş dövlət başçısını əhatə etmir. Məhkəmənin hökmünə əsasən, Bəşər Əsədin qardaşı Mahir Əsəd və əmisi oğlu Atef Nəcib də qiyabi olaraq edam cəzasına məhkum ediliblər.
Beləliklə, Suriyada hakimiyyət dəyişikliyindən sonra keçmiş rejimin yüksək vəzifəli nümayəndələri ilə bağlı hüquqi proses yeni mərhələyə keçib. Bəşər Əsədin ölkə xaricində olması səbəbindən hökm qiyabi şəkildə çıxarılıb.
Xatırladaq ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra Rusiyaya gedib. Bunun ardınca Suriyada müxalif qüvvələr hakimiyyətə gəlib.
Hazırda Suriyada keçid dövrünə Əhməd əş-Şaraa rəhbərlik edir. Keçmiş hakimiyyət nümayəndələrinin fəaliyyəti və vətəndaş müharibəsi illərində baş verən hadisələrlə bağlı araşdırmalar isə davam etdirilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-08-2026