İspaniyada alovlar geniş ərazini bürüdü – yüzlərlə insan evindən çıxarıldı
Tarix: 10-08-2026 | Saat: 16:22
Bölmə:Özəl | çapa göndər

İspaniyanın cənubunda yerləşən Əndəlüs Muxtar Bölgəsinin Huelva vilayətində başlayan güclü meşə yanğını davam edir. Alovların yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən genişmiqyaslı təxliyə tədbirləri həyata keçirilib.
Məlumata görə, cümə axşamı başlayan yanğın indiyədək təxminən 8 min hektar ərazini əhatə edib. Əlverişsiz şərait alovla mübarizəni çətinləşdirir.
Təhlükəsizlik məqsədilə risk altında olan ərazilərdən 474 sakin təxliyə olunaraq təhlükəsiz yerlərə yerləşdirilib.
Yanğının qarşısının alınması üçün bölgəyə çoxsaylı yanğınsöndürmə briqadaları və xüsusi texnika cəlb edilib. Əsas məqsəd alovların daha geniş ərazilərə və yaşayış məntəqələrinə yayılmasının qarşısını almaqdır.
Hazırda yanğının tam nəzarət altına alınması istiqamətində əməliyyat davam etdirilir. Hadisə nəticəsində xəsarət alanların olması barədə məlumat verilməyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-08-2026