Mobil versiya
Alimlərdən pişik sahiblərinə müjdə: Evə uyğunlaşmaq düşündüyünüzdən daha asandır
Tarix: 07-08-2026 | Saat: 23:12
Bölmə:Özəl | çapa göndər

Alimlərdən pişik sahiblərinə müjdə: Evə uyğunlaşmaq düşündüyünüzdən daha asandır



Yeni araşdırma göstərib ki, çöldə gəzməyə öyrəşmiş pişikləri tamamilə ev şəraitində yaşamağa alışdırmaq sanıldığı qədər çətin deyil.
Yeni Zelandiyada aparılan tədqiqat çərçivəsində pişiklərini ev həyatına uyğunlaşdıran 87 sahib arasında sorğu keçirilib. İştirakçıların əksəriyyəti bu qərarın əvvəlcə müəyyən çətinlik yaratsa da, son nəticədə buna dəyər olduğunu bildirib.
Araşdırmanın nəticələrinə görə, pişiklərin 40 faizindən çoxu ev mühitinə dərhal uyğunlaşıb. Onların 8 faizi bir neçə gün, 17 faizi isə bir neçə həftə ərzində yeni şəraitə öyrəşib.
Sorğuda iştirak edənlərin üçdə ikisindən çoxu pişiklərini evdə saxlamağın gözlədiklərindən daha asan başa gəldiyini qeyd edib. Tədqiqatın müəllifi doktor Culiya Heninq bildirib ki, bu nəticələr pişiklərin qapalı məkanda yaşaya bilmədiyi barədə geniş yayılmış fikirləri təkzib edir.
Araşdırmaya əsasən, pişik sahiblərinin 77 faizi gələcəkdə də ev heyvanlarını qapalı şəraitdə saxlamağa davam etmək niyyətindədir. Mütəxəssislər hesab edirlər ki, uzunmüddətli üstünlüklər ilkin uyğunlaşma çətinliklərini üstələyir.
Tədqiqat həmçinin göstərib ki, yaş amili uyğunlaşma sürətinə təsir edir. İki yaşdan kiçik pişiklərin 75 faizi bir neçə gün ərzində ev həyatına alışdığı halda, iki yaşdan yuxarı pişiklərdə bu göstərici 39 faiz təşkil edib.
Pişik sahiblərinin əsas motivasiyası isə təhlükəsizlik olub. Onlar avtomobil qəzaları, digər heyvanların hücumları, yoluxucu xəstəliklər və itkin düşmə riskini azaltmaq üçün ev şəraitini daha təhlükəsiz seçim hesab etdiklərini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-08-2026