Tehran Hörmüz üçün yeni keçid modelini açıqladı: Gəmilər yalnız bu marşrutla hərəkət edəcək
Tarix: 06-08-2026 | Saat: 18:41
Bölmə:Özəl | çapa göndər

İran Hörmüz boğazında gəmiçiliyin təşkili ilə bağlı yeni keçid mexanizmi üzərində Omanla razılaşmanın yekun mərhələsinə yaxınlaşdığını açıqlayıb.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, hazırlanmış yeni marşrut müvəqqəti xarakter daşıyacaq və ilkin mərhələdə 2–4 ay, zərurət yaranacağı təqdirdə isə daha uzun müddət tətbiq oluna bilər. Onun sözlərinə görə, sonrakı mərhələyə keçid üçün tərəflər arasında əlavə qərarın qəbul edilməsi tələb olunacaq.
Diplomat vurğulayıb ki, bu mexanizm Hörmüz boğazının tam şəkildə əvvəlki rejimə qayıtması anlamına gəlmir. Söhbət yalnız müəyyən müddət ərzində tətbiq ediləcək yeni və müvəqqəti keçid sistemindən gedir.
Qəribabadi ABŞ rəsmilərinin açıqlamalarına da münasibət bildirərək qeyd edib ki, bu məsələ üzrə heç bir ABŞ–İran danışıqları aparılmayıb. Onun sözlərinə görə, razılaşma yalnız İran və Oman arasında iki sahilyanı dövlət kimi aparılan danışıqların nəticəsidir.
Yeni plana əsasən, əvvəl istifadə olunan Lark adası yaxınlığındakı şimal marşrutu və Omanın daxili sularından keçən cənub marşrutu ləğv ediləcək. Onların əvəzində tərəflərin razılaşdırdığı yeni keçid xətti tətbiq olunacaq və gəmilər bu marşrut vasitəsilə hərəkət edəcəklər.
Nazir müavini bildirib ki, yeni model İranın milli təhlükəsizlik maraqları nəzərə alınmaqla hazırlanıb. Onun sözlərinə görə, keçid dəhlizinin müəyyən hissələri İranın ərazi sularından keçəcək və bu yanaşma Tehran tərəfindən Hörmüz boğazı üzərində effektiv nəzarət strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Qəribabadi əlavə edib ki, yeni keçid mexanizmi yalnız İran və Oman arasında razılaşdırılır və bu prosesdə üçüncü ölkələrin hər hansı hüquq və ya qərarvermə səlahiyyəti nəzərdə tutulmur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-08-2026