Qarabağ döyüşçüsü ANS-in həyətində özünü yandırdı.
Tarix: 07-10-2015 | Saat: 17:43
Bölmə:Parlament / Manşet / Karusel | çapa göndər
“Əsirlikdən gələndən sonra Ayazı MTN-ə aparıb çəkiliş etdilər”.
Bir müddət əvvəl Qarabağ əlili olan Ayaz Hüseynov Səbail rayonu ərazisində, ANS-in həyətində özünü yandırmışdı.
Aia.az xəbər verir ki, mərhumun ailəsi 42 yaşlı Ayaz Hüseynovu intihara sürükləyən səbəbləri Criminal.az-a danışıb.
Ayazın anası Sonaxanım Hüseynova sayta açıqlamasında bildirdi ki, oğlunun özünü yandırması bələdiyyə ilə torpaq mübahisəsinə görə baş verib.
Ayaz barədə məlumat verən S.Hüseynovanın sözlərinə görə, oğlu 1993-cü ilin martın 31-də Kəlbəcər işğal olunan vaxt ermənilər tərəfindən əsir götürülüb:
“Ayaz 7 ay əsirlikdə qaldı. Sonra bizə dedilər ki, dəyişmək mümkündür. O vaxt Milli Məclisində xadimə işləyirdim. O, vaxt prezidentimiz olan Heydər Əliyevə məlumat verdilər. Onun köməkliyi ilə bu məsələ həll olundu. Bizə xəbər gəldi ki, Ayazı dəyişmək üçün pul lazımdır. İki evimi satdıq, pul topladıq. Yoldaşım, qaynım və yeznəm Gürcüstana getdilər. Orada erməni muzdlulara həmin pulu verdilər. Qırmızı körpü ərazisində Ayazı bizə təhvil verdilər. Əsirlikdən gələndən sonra Ayazı MTN-ə aparıb çəkiliş etdilər. Ona verilən işgəncələr lentə alındı və ölkəmizə gələn xaricilərə erməni işgəncələrini sübut edən fakt kimi göstərdilər”.
S.Hüseynova dedi ki, əsirlikdə Ayaza dəhşətli işgəncələr vermişdilər. Qarnını doğramışdılar, hətta qəbrini özünə qazdırmışdılar. Elə o vaxtdan başında travma vardı.
“Əsirlikdən qayıdandan sonra Ayaza torpaq ayrılmalı idi. O vaxt Baş prokuror Zakir Qaralovun əmisi Zahid Qaralovun qardaşı bələdiyyə sədri idi. Ona məktub yazdım, oğluma Zığda 3 sot torpaq ayırdılar. Sonra gedib-gəldim, lakin torpağı vermədilər. Əsaslandırıldı ki, həmin ərazi neft torpağı olduğundan icazə verilmir. Sonra yenidən Suraxanı rayon İcra Hakimiyyətinə məktub yazdım, lakin bələdiyyədən dedilər ki, torpaq ayıra bilməzlər. İcra Hakimiyyəti Ayaza kərpic zavodunda iş veriləcəyini söz verdi, bu da alınmadı. Ayaz da elə buna görə qurban getdi. Sonra yenə bələdiyyədən məktub gəldi. Ayaz bələdiyyəyə getdi, sonra əsəbi gələrək dedi ki, onu ələ salıblar. Bələdiyyədən nə dedilər bilmirəm, gedib ANS-in həyətində özünü yandırdı”.
S.Hüseynova deyir ki, hadisə baş verən gün Ayaz evdə çimdi, səliqəli geyindi və evdən çıxdı. Hiss edirdim ki, o nəsə oyun çıxaracaq:
“Ayaz gedəndən sonra ondan iki gün xəbər çıxmadı. Başımız başqa yasa qarışmışdı. Polis də bizə zəng edərək sorğu-sual edirdi, amma Ayazdan heç nə demirdi. Bir gün səhər bələdiyyə sədrinin müavini bizə gəldi. Dedi ki, Ayaz neyləyib ki, onu prokurorluğa çağırıblar. Elə həmin gün bizə dedilər ki, Ayaz xəstəxanadadır və özünü yandırıb”.
Mərhumun anası qeyd etdi ki, Ayaz özünü yandıranda ANS-in həyətində ona köməklik edən bir işçinin də qolları yanmışdı. Ayazın bədəninin 85 faizi yanmışdı. O, 10 gün komada qalandan sonra dünyasını dəyişdi.
Məsələ ilə bağlı Səbail rayon Prokurorluğundan bildirildi ki, istintaq sirri olduğundan heç bir açıqlama verilmir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024