Mobil versiya
Siqaretdən qurtulmaq üçün ağlasığmaz üsul seçdi – Başına məftil qəfəs taxdı
Tarix: 05-08-2026 | Saat: 22:43
Bölmə:Özəl | çapa göndər

Siqaretdən qurtulmaq üçün ağlasığmaz üsul seçdi – Başına məftil qəfəs taxdı



Türkiyənin Kütahya şəhərində yaşayan İbrahim Yücel uzun illər tərgidə bilmədiyi siqaret vərdişindən qurtulmaq üçün qeyri-adi üsula əl ataraq diqqət mərkəzinə düşüb.
Atasını ağciyər xərçəngi səbəbindən itirdikdən sonra siqareti birdəfəlik tərgitmək qərarına gələn Yücel əvvəlki cəhdlərinin nəticəsiz qalmasından sonra fərqli çıxış yolu axtarmağa başlayıb. O, motosiklet dəbilqələrinin quruluşundan ilham alaraq başına taxmaq üçün məftildən xüsusi qəfəs hazırlayıb.
Hazırladığı qəfəs ağız hissəsini tam bağladığı üçün onun siqaret çəkməsi fiziki olaraq mümkün olmayıb. Qəfəsin açarlarını isə həyat yoldaşı və qızına verərək özünü nəzarət altında saxlamağı seçib.
İbrahim Yücel evdən çıxarkən məhz bu qəfəsi taxaraq siqaretə əl atmasının qarşısını almağa çalışıb. Onun məqsədi iradəsini gücləndirmək və illərlə davam edən zərərli vərdişə son qoymaq olub.
Bu hadisə ilk dəfə 2013-cü ildə geniş maraq doğurmuş, sosial mediada və beynəlxalq mətbuatda geniş müzakirə edilmişdi. Aradan illər keçsə də, İbrahim Yücelin seçdiyi qeyri-adi üsul siqaretdən imtina etmək uğrunda göstərilən qətiyyətin ən fərqli nümunələrindən biri kimi xatırlanır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2026