Erməni politoloq: Paşinyan KTMT məsələsində qərar verməyə məcburdur
Tarix: 04-08-2026 | Saat: 22:12
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) gələcək statusu ətrafında müzakirələr davam edir. Kremlə yaxın mövqeyi ilə tanınan erməni politoloq Andranik Ovannisyan hesab edir ki, rəsmi İrəvan artıq bu məsələ ilə bağlı qəti siyasi seçim etməlidir.
Politoloqun sözlərinə görə, 2024-cü ildən etibarən Ermənistanın KTMT-də iştirakı faktiki və hüquqi baxımdan fərqli mərhələyə keçib. O iddia edir ki, 2026-cı ilin noyabrında Moskvada keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın səsvermə hüququnun dayandırılması məsələsi müzakirəyə çıxarıla bilər.
Ovannisyan xatırladıb ki, təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində üzvlük haqqını ödəmədiyi halda onun kvota üzrə vəzifələrə namizəd irəli sürmək və təşkilatın qərarlarının qəbulunda səs vermək hüququ məhdudlaşdırıla bilər.
Onun fikrincə, Ermənistan artıq bu vəziyyətlə üz-üzədir. Politoloq bildirir ki, İrəvan uzun müddətdir KTMT Katibliyində kvota üzrə nümayəndələr təyin etmir, Birləşmiş Qərargahdakı təmsilçilərini geri çağırıb və iki ildir təşkilata üzvlük haqlarını ödəmir.
Bununla belə, Ovannisyan vurğulayıb ki, mövcud vəziyyət Ermənistanın hüquqi baxımdan KTMT-dən çıxdığı anlamına gəlmir.
Onun sözlərinə görə, Ermənistan hələ də təşkilatın tamhüquqlu üzvü olaraq qalır və Paşinyan hakimiyyəti artıq bu məsələdə qeyri-müəyyən siyasətə son qoyaraq ölkənin gələcək kursu ilə bağlı açıq qərar verməlidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-08-2026