Mobil versiya
İlham Əliyev: 2016-cı il asan il olmayacaq
Tarix: 07-10-2015 | Saat: 12:27
Bölmə:Siyasət / Manşet | çapa göndər







“Biz bunu bilirik və bilməliyik”.

Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq.


Aia.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilməsinə həsr olunmuş mərasimdə bildirib.

Dərmanların qiyməti ilə bağlı danışan dövlət başçısı bildirib ki, Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri.

“Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var”, - deyə, o, qeyd edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər.

“Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olub, - il artıq başa çatır, - heç bir sosial proqramda yubanma olmayıb. Əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açılır”, - deyə, dövlət başçısı qeyd edib



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024