Mobil versiya
Mənim əziz müəllimim - Qardaşxan Fərzi
Tarix: 31-07-2026 | Saat: 16:14
Bölmə:Özəl | çapa göndər

Mənim əziz müəllimim - Qardaşxan Fərzi

Sözsüz ki bütün peşələr gözəldir və gərəklidir.
Amma, müəllimin yetişdirdiyi ən qiymətlisi insan olduğu üçün ən şərəfli peşə də müəllimlikdir.
Müəllim haqqında müdrik fikirlər söylənilib ,bir-birindən mənalı sözlər, gözəl kəlamlar deyilib.
Platon deyirdi: " Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir".

Bu müqəddəs peşə sahibləri əbəs yerə ikinci valideyn sayılmır. Müəllim öz nuruyla işıq saçmalı və yetirməsinin biliyi ilə fəxr etməlidir. Bir sözlə, əsl müəllim ürəyinin yağını şagirdinə, tələbəsinə yedirtməyi bacarmalıdır.

Müəllimin vəzifəsi hansısa fənni tədris etməklə bitmir.O, şəxsiyyət yetişdirməyi bacarmalı və.gələcəkdə onunla qürur duymalıdır.
Dahi Nəsrəddin Tusi demişdir: “ İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır ”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir.


Mən də mənə düz yol göstərən, elm öyrədən müəllimlərimə borcluyam.Və sözsüz ki, onları heç bir zaman unutmuram.İlk məktəb direktorumuz Yadulla Sadıqov, Heybət, Nəriman ,Adil, Cabir, Əlihüseyn, Baləddin, Bağır, Bəyoğlan, Eyvaz, Elmira, Esmira, Məlahət, Zöhrə, Nailə, Yusif, Əlirza, Ərzulla, Musa, Həşim, Heydər, Hüseynağa, Məzahir, Elşən və başqaları haqqında indi yazacağım Qardaşxan müəllimədək.

Bu gün müəllimlərimin çoxu dünyasını dəyişib. Amma sağ qalan və mənimlə həmişə fəxr edən bir neçə müəllimim, şükürlər olsun ki, sağdır.Bu günlər bilmişəm ki müəllimim Qardaşxan Fərzinin bir neçə ay bundan əvvəl 75 yaşı tamam olub.
Hər dəfə yolum qəsəbəmizə düşəndə Qardaşxan müəllimlə görüşüb dərd-dil edirik. 50 yaşım olanda haqqımda yazdığı gözəl sözlər yaxşı xatırlayıram..
Haqqımda yazdığı məqalədə atam Ağaxanın,101 il ömür sürən babam Babakişi bəyin cizgilərini gözəl qələmə almışdı. Babamın nurani çöhrəsini sanki bir rəssam kimi çəkmişdi, qələmə almışdı.Qardaşxan Fərzi qələmə sarılan, sözə nəfəs verən, təbiəti və insanları cümlə-cümlə canlandıran yazıçılardandır.
Qardaşxan Dadaş oğlu Fərzi 75 yaşına üzüağ gəlib çıxıb. Ömrünü ləyaqətlə yaşayıb. "Qırmızı kəlağayı" və "Mesaj" kimi dəyərli, oxunaqlı kitablarının müəllifidir. AYB-nin üzvüdür, pedaqoqdur.

"Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Ədalət", "Kaspi" qəzetlərində mütamadi olaraq yazıları çap olunub. "Azərbaycan", "Ulduz", "Söz", "Şəfəq" və "Kirpi" kimi jurnalların səhifələrində imzası daim oxucuların könlünü oxşayıb.
Bakı Şəhər Mədəniyyət evinin keçirdiyi Müsabiqədə fərqləndirildiyi üçün M.Ə.Sabir adına Suraxanı mədəniyyət evində " Tənha palıd " hekayəsi səhnələşdirilib.

Belə bir müəllimdən dərs aldığım üçün özümü çox xöşbəxt hesab edirəm. Gec də olsa, əziz müəllimimi yubiley münasibətilə təbrik edirəm, ona bundan sonrakı həyatında da sağlam və yaradıcı bir ömür arzulayıram.

Mübariz Süleymanlı,
AYB-nin və AJB-nin üzvü, jurnalist




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-07-2026