Keçmiş deputat iki ildir iş tapa bilmir: "Heç kimə demirdim"
Tarix: 29-07-2026 | Saat: 16:12
Bölmə:Gündəm | çapa göndər

VI Çağırış Milli Məclisin deputatı olmuş YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşir uzun müddətdir ki, özünə iş tapa bilmir.
aia.az Gununsesi.info-ya istinadən xəbər verir ki, siyasi elmlər doktoru olan sabiq deputat Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındakı müəllimlik fəaliyyətindən də kənarlaşdırılıb.
Elşad Mirbəşirin hakim partiyanın ali rəhbər orqanlarından biri olan İdarə Heyətində təmsil olunmasına baxmayaraq, hələ də özünə iş tapa bilməməsi təəccübə səbəb olub.
Məsələ ilə bağlı sabiq deputat sayta açıqlama verib:
“Açığı, təəssüflənirəm ki, belə məsələ ilə ictimaiyyətin diqqətinə gəlirəm. Vəziyyət iki ildir belədir, ancaq bunu heç kimə deməmişəm. İndi qəribədir ki, necəsə bilinib”.
Elşad Mirbəşir həmçinin qeyd edib ki, elm adamının auditoriyada dərs deyə bilməməyi ona qəribə gəlir:
“İşlə bağlı özüm xüsusi olaraq heç yerə müraciət etməmişəm. Ancaq məsələn, özümə də qəribə gəlir ki, bir elm adamı niyə auditoriyada dərs deyə bilmir? Mən həmişə dövlətin yanında olmuşam, əqidəsi sabit adamam və bu, elə həmişə də belə olacaq. İşləyib-işləməməyin buna aidiyyəti yoxdur”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər